“Əbədi Uşaqlıq” layihəsi

“Əbədi Uşaqlıq” layihəsi Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası (UHML) tərəfindən, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Layihənin əsas məqsədi Qarabağ münaqişəsi zamanı öldürülmüş, həlak olmuş Azərbaycan uşaqları haqqında informativ veb saytın yaradılması və sosial çarxlarn çəkilməsidir. Sayt Erməni tərəfinin qəddarlığı və beynəlxalq konvenisyaların pozulması barədə ictimaiyyəti məlumatlandırır. UHML layihəyə dəstəyə görə Azərbaycan Respublikasi Qaçqinlarin Və Məcburi Köçkünlərin Işləri Üzrə Dövlət Komitəsi və müsahibələrdə iştirak edən qətlə yetirilmiş uşaqların ailə üzvlərinə dərin minətdarlığını bildirir.