Ermənilərin 2 nəfəri şəhid etdiyi Alxanlıdan reportaj

“Erməni heç vaxt bizi ölümlə qorxuda bilməz. Biz burada yaşamışıq, axıradək də yaşayacağıq, ölsək də burada öləcəyik”.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bu sözləri Ermənistan ordusunun ötən gecə atəşə tutduğu Füzuli rayonunun Alxanlı kənd sakinləri bildiriblər. Kənd sakinləri ötən gecəni ayaqda qarşılasalar da, orduya güvəndiklərini və düşmənin bu kimi təxribatlarından zərrə qədər də olsa, çəkinmədiklərini bildiriblər.

Kənd sakinləri Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsinin, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulmasının vəhşilik aktı olduğunu vurğulayıblar.

Bütöv məqalə

Azərbaycanlı uşaqlar müharibə qurbanı kimi (Sevinc Kərimova)

İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən öldürülən 2 yaşı hələ tamam olmamış Zəhranın faciəsi son 20 ildə azərbaycanlı uşaqların öldürülməsi, girov götürülməsi ilə  bağlı tarixçəmizə nəzər salmağa vadar etdi.

Təəssüf ki, Azərbaycan da müasir tarixinin son 20 ilini müharibə şəraitində yaşayır. 1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri minlərlə Azərbaycan uşağının vəhşicəsinə qətlə
yetirilməsinə, yaralanmasına, itkin və əsir düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olmuşdur. Bu barədə yüzlərlə fakt vardır. Beynəlxalq güclər və erməni lobbisi tərəfindən
qondarılmış bu münaqişə nəticəsində daha çox itki və əzab-əziyyətə, psixoloji zərbələrə məruz qalan qaçqın və məcburi köçkün övladları olsa da, digər şəhər və bölgələrdə də ata, yaxud anaları şəhid,
yaxud əlil olmuş on minlərlə uşaq var ki, onlar da Qarabağ savaşının qurbanları hesab edilirlər.

1988-1989-cu illərdə Qərbi Azərbaycanda (indiki Ermənistand ərazisində) yaşayan 250 mindən çox azərbaycanlının qovulması, yəni etnik təmizləmə əməliyyatları nəticəsində qətlə yetirilən 216
azərbaycanlının 23-ü uşaq olmuşdur. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı nəticəsində öldürülənlərdən 63-ü uşaqdır. Həmin faciə zamanı 25 uşaq hər iki valideynini, 130-u isə bir valideynini itirmişdir. Ümumilikdə Qarabağ münaqişəsində 195 azərbaycanlı uşaq öldürülüb.

Bütöv məqaləni yüklə.

 

Xocalı uşaqları… (A.Qorxmaz)

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri və Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın birgə iştirakı ilə həyata keçirilən bu soyqırımının statistikası yüzlərlə uşağı da əhatə edir.

“Uşaqların sinəsini yarıb ürəklərini parçalamışdılar” Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Gühansız körpələr, yeniyetmələr amansızlıqla, işgəncələrlə öldürülüb, başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb. Erməni işğalçılarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə əlil olub.

Bütöv məqaləni yüklə.

 

Xocalıda şəhid və şahid olan uşaqlar !!!

Onlar uşaq idilər və dünyanın bütün uşaqları kimi hər yeni ildə Şaxta babadan hədiyyə gözləyir, Novruz bayramında yumurta döyüşdürür, “Ağırlığım-uğurluğum bu odda yansın” deyə, od üstündən atılırdılar. Onlar da bütün yaşıdları kimi, analarını hamıdan gözəl, atalarını isə hamıdan güclü bilirdilər.Onlar üçün günəş də parlaq, dünya da işıqlı idi…

Amma işığı söndürüldü… bircə gecədə söndürüldü! Xocalının işğal edildiyi gün bütün xocalılar kimi onların da təkcə ocaqlarının yox, həm də ürəklərinin işığı söndürüldü. Onları daha “Xortdan”la, ”Damdabaca” ilə qorxutmaq olmaz, onlar üçün heç “Ağzı qara canavar”, ”Təpəgöz” divlər də qorxunc deyil, onlar bütün bunları gözləri ilə gördülər… 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri və Rusiyaya məxsus 366-cı moto-atıcı alayın Xankəndi şəhərində yerləşən şəxsi heyəti tərəfindən Azərbaycana məxsus Xocalı şəhəri yerlə yeksan ediləndə günahsız körpələr də terrorun qurbanı oldular. İndi Xocalıdan olan hər uşağın öz adı var, onların hamısının adı isə birdir: Soyqırıma məruz qalan xocalılar!

Bütöv məqaləni yüklə.